14 İyun 2020 18:22
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyada koronavirus infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 4 gün ərzində COVID-19-dan vəfat edən olmayıb.

Hazırkı dövrədək ölkədə ümumilikdə 9 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 219 nəfər müalicə olunaraq sağalıb, 328 nəfər vəfat edib.

Bildirilib ki, hazırda 2 444 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 11 xəstənin vəziyyəti ağırdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər