14 İyun 2020 23:09
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovla dialoqa və əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, Donbas münaqişəsi ətrafında müzakirələrə açıq olduğunu bildirib.

“Mən Sergey Lavrov ilə ünsiyyətə açığam. Bu, problemlərimizin həllinə - ukraynalı məhbusların sərbəst buraxılmasına kömək edərsə, mən istənilən formatda əməkdaşlığa hazıram”, - Kuleba deyib.

O, əlavə edib ki, xarici işlər nazirləri səviyyəsində “Norman formatında” işlərin davam etdirilməsi üçün hazırlıqlar görülür, danışıqlar tarixi müzakirə olunur.

Moskva və Kiyev arasındakı münasibətlər rus hərbi qüvvələri Ukraynanın Donbas və Krım bölgələrini işğal etdikdən sonra pisləşib. Ukrayna Silahlı Qüvvələri 2014-cü ilin aprelindən Donbası işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayıb. BMT-nin son məlumatına görə, 13 minə yaxın insan qarşıdurmanın qurbanı oldu.

Ukrayna hakimiyyəti dəfələrlə Moskvanı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. Donbasdakı vəziyyətin nizamlanması məsələsi Minskdəki təmas qrupunun iclaslarında da müzakirə olunur, lakin, münaqişə tərəfləri arasında atəşkəs razılaşmaları bitdikdən sonra atışmalar davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər