İsveçrədə vətəndaş şəhərlərarası sərnişin qatarında 3 kiloqramdan artıq qızılı unudub. Polis hazırda qızılın sahibini axtarır.
Teleqraf.com xəbər verir ki, hadisə Luzern stansiyasında baş verib.
Sərnişin 3 kiloqramdan çox qızıl olan çamadanını qatarda qoyub gedib. Ölkə polisi qızılın sahibini tapa bilmədiyi üçün informasiyanı ictimaiyyətə açıqlayıb.
Qızılının qatarın boş vaqonunda tapıldığı ifadə edilib. Qızılı unudan şəxsin Luzern prokurorluğuna müraciət edərək 5 il müddətində onu ala biləcəyi elan edilib.