16 İyun 2020 08:45
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus xəstələri üçün karantin mərkəzi açmağa hazırlaşan Nigeryanın keçmiş gözəllik kraliçası və tanınmış din xadiminin həyat yoldaşı İbiduni İtuah-ighodalo müəmmalı şəkildə ölüb.

Teleqraf.com xəbər verir ki, Nigerya mediası gözəllik kraliçasının ürək tutması və ya koronavirus səbəbindən ölə biləcəyini yazıb.

"Həyat yoldaşımla birlikdə koronavirus xəstələri üçün karantin mərkəzi açacaqdıq. Bütün hazırlıqları görmüşdük. Onu itirdiyim üçün ciddi sarsıntı keçirirəm", - deyə Biduninin əri bildirib.

İstintaq isə onun ölüm səbəbini gizli saxlayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər