6 Oktyabr 2014 02:41
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq İslam Şam Dövləti terror qruplaşmasına qoşulan, ancaq sonradan peşman olan ingilis cihadçılar Türkiyədə çıxılmaz vəziyyətdə qalıblar.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Sunday Times qəzeti yazıb.

Xəbərə görə, təxminən 100-ə qədər ingilis ölkələrinə döndükləri təqdirdə mühakimə olunaraq həbsə atılacaqlarından orxurlar. Onlar hələlik qaçdıqları Türkiyədə sıxışıb qalıblar. Şimali Afrika və ərəb əsilli olan cihadçılar Tunis, Əlcəzair, Yəmən və Liviya kimi ölkələrə getməyə çalışır. Pakistan və Banqladeş əsilli ingilis vətəndaşlar da həmçinin getməyə ölkə axtarır. Köhnə İŞİD-çilər təşkilat tərəfindən xəyanət ittihamı ilə öldürülmə qorxusu yaşayır. İngiltərəyə getmək isə həbsə girmək qorxusu yaradır.

Nihad


Müəllif:

Oxşar xəbərlər