İngilis yayım korporasiyası BBC koronavirus xəstələrinin həyatını xilas edən dərmanın tapıldığını dünyaya elan edib.
Teleqraf.com xəbər verir ki, Oksford Universitetində aparılan araşdırmada ümumi istifadəsi olan “steroid deksametazon” adlı dərmanın kiçik bir dozasının COVİD-19 xəstələri arasında ölüm nisbətini azaltdığını ortaya çıxarıb.
Dünyada 8 milyondan çox insana yoluxan koronavirusun yeni növünə qarşı bir çox müəssisə və təşkilatlar vaksin və dərmanlar hazırlamaq üçün yarışa girib. Ancaq Oksford Universitetində aparılan bu araşdırmanın COVİD-19 xəstələrinin ölüm nisbətini azaldan yeganə bir tapıntı olduğu deyilir.
Tədqiqat aparan Oksford Universitetinin professoru Martin Landray bildirib ki, süni tənəffüs və ya oksigen əlavəsində olan xəstəyə “deksametazon” verildiyi təqdirdə ölüm nisbəti azalır: “Üstəlik çox ucuz qiymətə".
Tədqiqatda iştirak edən Peter Horbi isə bunun ölüm nisbətini əhəmiyyətli dərəcədə azaldan yeganə dərman olduğunu deyib. O, bunu böyük bir kəşf adlandırıb.