Liviyada Rus təhlükəsizlik şirkəti olan Vaqnerə bağlı 2 min muzdlu döyüşçünün olduğunu təxmin edirik.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın Afrika Qüvvələri Komandanlığının (AFRİCOM) rəsmisi Nikole Kirscman deyib.
AFRİCOM-un rəsmisi əlavə edib ki, həmin şirkət Afrikanın şərtlərini, stabilliyi pozur:
“Liviya problemi siyasi yollarla həll olunmalı və Rusiya tərəfindən dəstəklənən Vaqnerə bağlı muzdlu əsgərlər bölgəni tərk etməlidir. AFRİCOM hazırda Liviyada Vaqnerə bağlı 2 min muzdlu döyüşçünün olduğunu təxmin edir”.