Xəbər verdiyimiz kimi, Türk Silahlı Qüvvələrinin (TSQ) gecə saatlarından başlayaraq Şimali İraqın Haftanin bölgəsində xüsusi əməliyyata başlayıb. “Pençe-Qaplan” adı verilən əməliyyatda TSQ-nin həm quru qoşunları, həm də hərbi hava qüvvələri iştirak edir.
Teleqraf.com TSQ-yə istinadla bildirir ki, gecə saatlarından başlanan əməliyyat zamanı PKK-ya məxsus olan 150 obyektə ağır zərbələr endirilib.
Hazırda əməliyyatlar davam edir. Əməliyyata şəxsən Türkiyənin Müdafiə naziri Hulusi Akar rəhbərlik edir.
Qeyd edək ki, ordu son dərəcə mürəkkəb coğrafiyaya sahib olan sıldırım dağlarda əməliyyat aparır.
Nazir Hulusi Akar bəyan edib ki, türk ordusu bu əməliyyatla dastan yazacaq.
Əməliyyatla əlaqədar son görüntüləri təqdim edirik: