17 İyun 2020 15:40
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya prezidenti Vladimir Putin ölkələrinə qayıtmaq istəyən azərbaycanlıların Dağıstanda yerləşən düşərgəsindəki iğtişaşları Prezident İlham Əliyevlə müzakirə etməyib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Dağıstan rəhbərliyi tez bir zamanda Azərbaycana qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün çadır düşərgəsi qurdu, amma sərhədlər bağlandı. Buna görə də əvvəldən Rusiya və Azərbaycan tərəfləri diplomatik kanallarla, sərhədçilərin kanalları ilə əlaqə saxlayaraq, koordinasiyalı şəkildə tədbirlər gördülər. Biz oradakı çətinlikləri başa düşürük, bu, koronavirusla əlaqədardır”, - Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov koronavirus pandemiyası ilə əlaqədar təcrid vəziyyətinin davam etdiyini bildirib: “Karantin rejimi davam edir. Ancaq təkrar edirəm, təmaslar var, davam edir və ümid edirik ki, sonda bu problemin həll yolları tapılacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər