Türkiyənin Konya şəhərində 5 aylıq körpə həkim məsləhəti ilə viaqra ilə müalicə olunur.
ANS PRESS-in məlumatına görə, ürək qapağı böyümədiyi üçün əməliyyat olunan və ürəyində 3 deşik olan körpəyə hər ay 12 qutu viaqra alınır.
Ürək probleminə görə körpəyə dioksin verdiklərini, ürəyin işləməsi üçün kömək edən bu dərmanın ağ ciyərə ziyan vurduğunu deyən ana viaqra ilə körpənin bədənində tarazlıq təmin oldunduğunu qeyd edib.
Ayda 12 qutu viaqra aldıqlarını, bunun 1 000 lirə (345 manat) tutduğunu deyən ana kasıb olduqları üçün imknlı şəxslərdən və hökumət rəsmilərindən yardım istəyir.