İyunun 19-da İrəvanda Ermənistan və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin “Təhlükəsizlik Şuraları”nın birgə iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Toplantının Ermənistanın Baş nairi Nikol Paşinyanın sədrliyi ilə keçiriləcəyi bildirlib.
Əlavə edək ki, təhlükəsizlik şuralarının sonuncu iclası ötən il Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilmişdi.