Avropa Parlamenti qaradərili Corc Floydun ABŞ polisi tərəfindən zorakı yolla öldürülməsini qınayan qətnamə ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Avropa Parlamentinin 104 deputatı qətnamənin əleyhinə çıxıb, 67 nəfər bitərəf qalıb, 493 deputat isə sənədi dəstəkləyib.
Qətnamədə Corc Floyd cinayəti və dünyanın başqa yerlərində olan bənzər hadisələr pislənib.
Avropa Parlamenti hesab edir ki, dinc etirazlara polis hücumları, ordunun hərəkəti və ABŞ Prezidenti Donald Trampın ifadələri doğru deyil.
Avropa Parlamenti aksiyalar zamanı müşahidə edilən zorakılığı, qarət və xüsusi mülkiyyətə ziyan vurma hallarını da qınayıb.