İraqda İŞİD-in yüksək səviyyəli komandirlərindən olan Şakir Vuheybin öldürüldüyü bildirilir.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinəgörə, İraq ordusunun komandiri Rəşid Felih orduya aid döyüş təyyarələrinin Ramadi şəhərinin Hit mahalında İŞİD-in mövqelərinə hücum təşkil etdiyini açıqlayıb.
Felih hava hücumları zamanı təhlükəsizlik qurumları tərəfindən axtarılan İŞİD-in Enbar üzrə məsul komandiri Şakir Vuheybin öldürüldüyünü deyib.
Vuheybin müxtəlif şəhərlərdə bir çox əsgər və vətəndaşı qətlə yetirdiyini deyən Felih onun ölümünün "böyük müvəffəqiyyət" olduğunu vurğulayıb.
Nihad