23 İyun 2020 15:00
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin bu gün vətəndaşlara televiziya vasitəsilə müraciət edəcək.

Teleqraf.com xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında V. Putinin xalqa koronavirusla mübarizənin ilkin nəticələri barədə danışacağını açıqlayıb.

Müraciətin Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) ediləcəyi gözlənilir.

“Vladimir Putinin televiziya müraciətinin mövzusu koronavirusla mübarizənin ilkin nəticələri, perspektivlər, iqtisadiyyatdakı vəziyyət və bütövlükdə bizim və sizin haqqınızda olacaq”, – deyə D. Peskov bildirib.

İyunun 11-də Dmitri Peskov prezidentin münasib biləcəyi təqdirdə konstitusiya dəyişiklikləri ilə bağlı səsvermədən əvvəl və ya sonra vətəndaşlara müraciət edə biləcəyini söyləyib. Bundan əvvəl Vladimir Putin Rusiyada koronavirusla bağlı vəziyyətə dair bir neçə dəfə televiziyada çıxış edib. Bu çıxışlar zamanı o, ölkədə qeyri-iş dövrlərini, həmçinin, əhali və biznesə dəstək tədbirlərini elan edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər