25 İyun 2020 16:49
2 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin üzvü Yevgeni Primakov “Rossotrudniçestvo”nun rəhbəri təyin olunub.

Teleqraf.com xəbər verir ki, bunu federal agentliyin rəhbərinin müavini Mixail Bryuxanov söyləyib.

“Bəli, prezident sərəncam imzaladı”, – Bryuxanov “RİA Novosti”yə bildirib.

Qeyd edək ki, əvvəllər federal agentliyə Eleanora Mitrofanova rəhbərlik edib. O, bundan sonra Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir kimi fəaliyyət göstərəcək.

Yevgeni Aleksandroviç Primakov (Yevgeni Sandro) 29 aprel 1976-cı ildə Moskvada doğulub. Beş yaşında olarkən atasını itirib. O, telejurnalist, ictimai-siyasi xadimdir. Dövlət Dumasının VII çağırış deputatı, “Vahid Rusiya” fraksiyasının üzvüdür. Rusiya Federasiyası hökumətinin keçmiş başçısı, şərqşünas alim Yevgeni Maksimoviç Primakovun nəvəsidir.

“Rossotrudniçestvo” – Müstəqil Dövlətlər Birliyi, həmvətənlər və xaricdə yaşayanlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə federal agentlikdir. Agentlik bu sahə üzrə Rusiya Federasiyasının icraedici hakimiyyətinin federal orqanıdır.

“Rossotrudniçestvo” MDB-nin bütün ölkələrində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir.


Müəllif: Səxavət

Oxşar xəbərlər