"Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ləğv edilə bilər".
Bu sözləri Avropa və Avrasiya məsələləri üzrə ABŞ-ın Dövlət katibi Viktoriya Nuland deyib.
Nuland bildirib ki, Minsk razılaşmasına Rusiyanın riayət edəcəyi halda sanksiyaların ləğvi məsələsinə baxıla bilər:
"Əgər Minsk razılaşması tamamilə yerinə yetiriləcəksə, bu halda ABŞ bəzi sanksiyaları ləğv etməyə hazır olacaq".
Qeyd edək ki, Ukrayna böhranı zamanı bu günə qədər 3,600-dan çox insan həlak olub, 8,5000-dən çoxu isə yaralanıb.
Xatırladaq ki, 5 sentyabrda Ukrayna-Rusiya Minskdə münaqişənin həlli istiqamətində bir sıra öhdəliklər götürmüşdülər. Ancaq mütəmadi olaraq Ukraynanın şərqində atəşkəs pozulur./axar/