Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Komitəsinin ali nümayəndəsi Jozef Borellə telefonla danışan BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayəd əl-Nəhyan Türkiyənin Liviyadakı fəaliyyətlərini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, ərəb diplomat Türkiyənin Liviyadakı fəaliyyətlərinin bölgə dövlətləri tərəfindən xoş qarşılanmadığını bildirib.
“Türkiyənin mövcud rolu ərəb dünyası tərəfindən xoş qarşılanmır. Türkiyə bu formada davam etsə, nəticələri fəlakətli olacaq”, - Əl-Nəhyan qeyd edib.