İranın sonuncu şahı Məhəmməd Rıza Pəhləvi Parisdə sürgün həyatı yaşayan Ruhulla Xomeyniyə sui-qəsd edilməsi üçün İsrailə etdiyi təklif rədd edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Mossadın sabiq Tehran ofisinin rəhbəri Eliezer Tsafrir deyib.
Kəşfiyyatçı bildirib ki, 1948-ci ildə qurulan İsrail dövlətindən kənar müsəlman ölkələrində yaşayan yəhudilərin çoxu Türkiyədən sonra İranda məskunlaşıb. Onun sözlərinə görə, İsrail üçün İran dünyada ikinci ən əhəmiyyətli müttəfiqdir. Rıza Şah Pəhləvinin dövründə İranda 1300 israilli yaşayırdı.
1978-ci il hadisələri-İsrailin ofisi yandırılır
1978-ci ildə İrandakı qarışıqlıqlara rəğmən “Nyu York Times” qəzetinin Şah rejiminin devrilməsi prosesinin təxmini 15 il davam edəcəyi, Mossad və Şahın məxfi xidmətlərinin də bu fikirdə olduğunu bildirən Tsafrir, 1978-ci ilin noyabrında etirazçıların İsrail Hava Yollarının ofsinə hücum edərək yandırdıqlarını, ofis işçilərinin isə linc edilmə qorxusu ilə damdan qaçdıqlarını deyib. Əlavə edib ki, ofisi etirazçılardan almaq və damda olanları xilas etmək üçün azı 5 saat vaxt lazım gəlib:
“O zaman anladıq ki, öz göbəyimizi özümüzün kəsməsi lazımdır. Təl-Əvivlə əlaqə saxlayaraq vəziyyəti başa saldıq. İsrail İranda olan vətəndaşlarını ölkədən çıxarmaq üçün 3 təyyarə göndərdi. O zaman Mossadın İrandakı nümayəndələri olaraq bizə hər şeyin qaydasında davam etdirilməsini təmin etmək tapşırıldı”.
İsrail Ayətullaha sui-qəsd təşkil etməyin əleyhinə çıxır
Kəşfiyyatçı deyib ki, belə bir durumda İsrailin İranla əlaqələrinin dönüşü olmayan nöqtəyə çatdığını tədricən anlayıblar: “Dekabrda yüksək səlahiyyətli rəsmi şəxs mənə yaxınlaşdı və Şahın şəxsi tələbini çatdırdı. Şah Mossadın Ayətullah Xomeyniyə Parisdə sui-qəsd təşkil etmək təklifinə isti yanaşıb-yanaşmadığını bilmək istəyirdi. Dərhal Təl-Əvivlə əlaqəyə girərək Şahın tələblərini çatdırdım. Amma az sonra könülsüz “Yox” reaksiyası aldım. Mənə “İsrailin dünyanın polisi olmadığı” deyildi.
Bu hadisələrin üzərindən 40 il vaxt keçməsinə baxmayaraq Təl-Əvivin Xomeynini öldürmək məsuliyyətini üzərinə götürməməsindən peşmanlıq duymadığını deyən Tsafrir əlavə edib ki, o dövrdə Mossad Ruhulla Xomeyniyə sui-qəsd təşkil edib aradan götürsəydi dünya İsrailə qarşı olar, beynəlxalq ictimaiyyət əslində bizim onları böyük bir fəlakətdən xilas etdiyimizi anlayışını heç zaman qəbul etməzdi. Fəlakətin böyüklüyünü indi anlayırlar”.
Sonda Mossad casusu deyib ki, İran əhalisinin 80 faizini gənclər təşkil edir. Onun fikrincə, gənclər haqlarını müdafiə edəcəklər.