1 İyul 2020 20:15
1 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Türkiyə və İran İsrailin Suriyadakı hərbi fəallığından narahatdırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında dərc olunan məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, Rusiya, İran və Türkiyə prezidentləri bu gün Suriyaya dair videosammit keçirib, görüş Tehranda keçirilməli idi, ancaq koronavirus səbəbiylə təxirə salındı:

“Onlar (Rusiya, Türkiyə və İran) İsrailin Suriyadakı hərbi hücumlarını ölkənin suverenliyini və ərazi bütövlüyünü, sabitliyi pozan, bölgədəki gərginliyin artmasına səbəb olan bir vəziyyət kimi qiymətləndirirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu