2 İyul 2020 11:10
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna hakimiyyəti işğal altındakı Donbasın Kiyevin nəzarətinə qaytarılmasından qorxur”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Ali Radasının keçmiş deputatı Yevgeni Murayev deyib.

“Qorxur, çünki bu halda Donbas sakinlərinə pensiya ödəmək, ərazilərin bərpası üçün ehtiyat axtarmaq, habelə, kimin “qəhrəman”, kimin “cinayətkar” olduğunu müəyyənləşdirmək və cinayət işi açmaq lazım gələcək. Bunları etməkdən qorxurlar. Həyatlarında heç vaxt bunu etməzlər. Sonra çox şeyə görə cavab verməli olacaqlar”, - sabiq deputat bildirib.

Qeyd edək ki, Ukraynanın Donbas və Krım bölgələri 2014-cü ildə Rusiya tərəfindən işğal edilib. BMT-nin məlumatına görə, bölgədə gedən qarşıdurmalarda 13 minə yaxın insan həlak olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər