8 Oktyabr 2014 14:52
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Moskva Ukraynaya qarşı siyasətini dəyişməyəcəyi təqdirdə Polşa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi tələb edəcək.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Qjeqoj Sxetina açıqlama verib: “Əgər Rusiya öz siyasətini dəyişməyəcəksə, bu sanksiyalar gücləndiriləcək və Rusiyada daha da həssas hiss olunacaq”.

Onun sözlərinə görə, Avropa Birliyi, Avstraliya, ABŞ və Kanada Varşavanın mövqeyini bölüşür.

Bununla yanaşı XİN başçısı bildirib ki, əsas məqsəd hazırda Ukraynanın cənub-şərqində qan tökülməsinin dayandırılmasından ibarətdir.

Qeyd edək ki, Qərb dövlətləri bu ilin mart ayında antirusiya sanksiyalarının tətbiqinə başlayıb və sentyabrın 12-də sonuncu sanksiyalar paketini qəbul edib. Rusiya isə buna cavab olaraq, ona qarşı sanksiyalar tətbiq edən ölkələrdən gələn kənd təsərrüfatı məhsullarının idlaxına bir sıra qadağalar həyata keçirib.

Samir


Müəllif:

Oxşar xəbərlər