Birləşmiş Krallıq səudiyyəli jurnalist Kamal Qaşıqçının öldürülməsində oynadığı rola görə, Səudiyyə Ərəbistanının kəşfiyyatının sabiq rəhbəri Əhməd Asiri və Şahzadə Məhəmməd bin Salmanın köməkçisi Abdulla əl-Kahtani daxil olmaqla, 20 nəfəri qara siyahıya salıb.
Teleqraf.com-un məlumatına görə, İngiltərə Xarici İşlər Nazirliyi bəyan edib ki, insan haqlarını pozanlara qarşı tətbiq dilən sanksiya ABŞ-ın Maqnitski Qanununun bənzəridir.
Bu sanksiya insan haqlarını ən ağır formada pozanlara tətbiq edilir. Siyahıya ilk olaraq 49 nəfər salınıb. Növbəti aylarda insan haqlarını pozan daha çox insanın adının siyahıya daxil diləcəyi gözlənilir.
Sanksiya altına düşən şəxslərin İngiltərəyə girişi, İngiltərə bankları üzərindən maliyyə əməliyyatları aparması və İngiltərə iqtisadiyyatından qazanc əldə etməsi qadağan edilir.