Rusiya parlamentinin alt qanadı olan Dumada Ayasofyanın məscidə çevrilməsi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinə (TBMM) ünvanlanan müraciət qəbul edilib.
Teleqraf.com xəbər verir ki, rus deputatlar türk həmkarlarından mövcud situasiyaya uyğun qərar qəbul etmələrini istəyib.
Müraciətdə bu ifadələr yer alıb: “Türkiyə Böyük Millət Məclisində olan həmkarlarımızdan hazırkı vəziyyəti hərtərəfli təhlil etmələrini xahiş edirik. Biz onları Ayasofyanın statusu ilə əlaqədar müdrik qərar verməyə çağırırıq”.
Rus millət vəkilləri müraciətlərində TBMM-dən müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün Ayasofyanın sülhün və dinlərarası harmoniyanın rəmzinə çevrilməsi qərarına yenidən baxmasını xahiş edib və kafedralın muzey statusunun qorunacağına ümid etdiklərini qeyd ediblər.