Qırğızıstanın sabiq parlament sədri və Sosial Demokrat Partiyasınən deputatı Çinibay Tursunbekov COVİD-19-a yoluxduqdan qısa müddət sonra dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Tursunbekovun vəfat etməzdən bir neçə saat əvvəl votsapdakı Türk-Qırğız dostluq qrupuna göndərdiyi məktub ürəkləri dağlayıb.
Tursunbekov dostluq qrupunda Türkiyənin Bişkekdəki səfiri Çingiz Kamil Firata səslənib: “Cənab səfir, çox yoruldum, ölmək astanasındayam. Təcili Türkiyə, təcili təyyarə.... Kömək. Təyyarə dərhal havaya qalxsın”.
Səfir Firat isə spikerə belə mesaj yollayıb: “Təcili yardım təyyarəsi lazımdır. Xəstəxanadasınız. Təcili surətdə mənə test nəticənizi və epikriz fotolarını göndərin, cavabını verim".
Məlumata görə, bu yazışmadan qısa müddət sonra Tirsunbekov vəfat edib