Səudiyyə Ərəbistanının Moskvadakı səfiri Raid bin Xalid Krimli dünya ictimaiyyətini aqressiv siyasətini dayandırmaq üçün İrana təzyiq göstərməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, səfir İranın Yəməndə husilər vasitəsilə Ərəbistana qarşı hücumlar təşkil etdiyini bildirib.
O, İranı beynəlxalq terrorizmi dəstəkləməkdə, bölgə və qonşu dövlətlərin təhlükəsizliyini təhdid etməkdə günahlandırıb.
Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdullah əl-Müəllimi isə dünya ictimaiyyətini nüvə razılaşmasına yenidən baxmağa çağırıb.
Anlaşmanın səhvlərlə dolu olduğunu deyən diplomat onun İranın xoşməramlı siyasət yürütməsinə yol açmadığını, əksinə daha çox pul əldə edərək, regiondakı hərbi fəaliyyətlərini genişləndirməyə imkan verdiyini deyib.