9 İyul 2020 16:32
5 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada Vatiyyə Hərbi Hava Bazasına hücum edən təyyarələrin Birləşmiş Ərəb Əmirliyinə məxsus olmasına dair iddialar özünü təsdiq edir. Xarici mediaya danışan türk rəsmisi buna qarşılıq veriləcəyini elan edib.

Teleqraf.com xəbər verir ki, bu mövzuda Middle East Eye-yə (MEE) danışan türk rəsmisi qəzəbli fikirləri ilə diqqəti çəkib.

“Deyə biləcəyim tək şey budur. Bu hücumu hər kim edibsə, əslində böyük xəta edib. Bunun bir qarşılığı olacaqdır”, - adını açıqlamayan türk rəsmisi deyib.

Başqa bir mənbə isə bildirib ki, hava bazasına hücum çəkən qırıcılar qiyamçı Haftarı dəstəkləyən Birləşmiş Ərəb Əmirlikərinə aid olub.


Müəllif: Cavad

Oxşar xəbərlər