Oktyabrın 8-də Bakıdakı “N” saylı hərbi hissədə Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupunun plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınması mərasimi keçirilib.
Teleqraf.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, mərasim iştirakçıları əsgərlərimizə bu şərəfli missiyanı həyata keçirməkdə uğurlar arzulayıblar, onlara Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, iki hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə iki zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.