10 İyul 2020 10:38
5 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir ordusu Türkiyəyə gözdağı vermək üçün Liviya sərhədləri boyunca hərbi təlimlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Misirin “Əl Kahera Val Nas” Televiziya kanalı məlumat yayıb.

“Qərarlı-2020” adlandırılan hərbi təlimlərə Misir ordusunun hava və dəniz qüvvələri də cəlb olunub.

Qeyd edək ki, Liviyada legitim hökumətə qarşı qiyam qaldıran general Haftarın ən ciddi dəstəkçilərindən biri də Misirdir.

Türkiyə tərəfindən dəstəklənən Liviyanın Milli Etimad Hökumətinin Sirtəyə hücum ərəfəsində Misir ordusunun sərhəddə belə böyük miqyaslı təlimlər keçirməsi həm də təzyiq məqsədi daşıyır.


Müəllif: Cavad