11 İyul 2020 11:19
2 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyi Partiyanın rəhbəri Maral Akşənər Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımın xanımı Səmiha Yıldırımdan üzr istəyib.

Teleqraf.com xəbər verir ki, o, Səmiha Yıldırımdan onu sosial şəbəkdə təhqir edən İyi Partiyanın üzvü Ləvənt Özərənin adından üzr istədiyini bildirib.

“Ləvənt Özərənin 2016-cı il iyulun 13-də Səmiha Yıldırımla bağlı Tvitterdə bir paylaşımı var. Buna görə İyi Partiyanın rəhbəri olaraq Səmiha Yıldırımdan üzr istəyirəm. Çünki bir qadının incidilməsi pis bir şeydir”, - Akəşənər bildirib.

Partiya rəhbəri bu məqsədlə Binəli Yıldırıma zəng etdiyini də diqqətə çatdırıb.

Əlavə edək ki, Ləvənt Özərən beş il əvvəl sosial şəbəkədə Səmiha Yıldırım haqda, “Heç vaxt xəstəxanaya getmə, səni görənlər müalicə etmədən ölərlər” yazaraq, onu fiziki görünüşünə görə təhqir edib.

Barəsində cinayət işi açılan İyi partiya üzvü həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər