12 İyul 2020 16:34
3 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 infeksiyasının vaksini tapılıb, Donald Tramp bunu seçkilərə az qalmış açıqlayaraq özünə xal qazanmağa çalışacaq.

Teleqraf.com xəbər verir ki, bunu "Habertürk" yazarı Sərdar Turqut iddia edib.

Onun sözlərinə görə, uzun zamandır peyvəndin tapılması barədə Ağ Ev məlumatlandırılıb.

"Sadəcə olaraq Tramp bunu açıqlamaq üçün uyğun vaxt gözləyir. Düşünürəm ki, bu kəşf çoxdan olub, ABŞ pezidenti "üzərində bir az da işləyin, peyvənd daha güclü olsun" deyərək rəsmi açıqlamanı yubadır. Belə olan halda heç kəs onu bu xəbəri gecikdirdiyinə görə ittiham etməyəcək. Seçkilərin vaxtı yaxınlaşdıqca Tramp bütün bunları əvvəldən hesablayır", - deyə Sərdar Turqut vurğulayıb.


Müəllif: Teleqraf.com