14 İyul 2020 13:24
4 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə bayrağı konsulluq binası qarşısında yandırılıb.

Teleqraf.com xəbər verir ki, hadisə Qüdsdəki Türkiyə konsulluğunun qarşısında baş verib.

Konsulluğun qarşısına Yunanıstan bayrağı ilə gələn bir qrup xristian etirazçı Türkiyə Cümhuriyyətinin dövlət bayrağını yandırıblar. Səbəb Ayasofya ilə bağlı Türkiyə dövlətinin verdiyi qərar göstərilib. İsrail polisi bayrağı yandıran şəxsləri həbs edib.

İtaliyada da aksiylar başlayıb. Sabiq daxili işlər naziri Matteo Salvininin təşkil etdiyi aksiya Milandakı Türkiyə konsulluğunun qarşısında keçirilib.

Lüksenburqda keçirilən etiraz aksiyasında ölkənin Daxili İşlər naziri Con Asselborn Ayosofya qərarını “Mədəniyyətlər ittigaqına” vurulan zərbə adlandırıb.


Müəllif: Cavad