14 İyul 2020 22:13
2 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donald Tramp hökuməti İranın nüvə silahına yiyələnməyə cəhd göstərməsindən tam xəbərdardır“.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Robert Obrayen deyib.

“Biz bu gizli fəaliyyətləri İsrailin həyata keçirdiyi kəşfiyyat əməliyyatında əldə etdiyi sənədlərdən bilirik. Biz həm də bilirik ki, iranlılar Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin iki nüvə obyektinə baxış keçirməsinə mane olublar. Onlar nüvə sazişi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə sadiq deyillər. Beləliklə, onlar nüvə silahı istehsal etmək istiqamətində hərəkət edirlər. Mənim isə deyə biləcəyim yeganə söz odur ki, Prezident Tramp heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Daha doğrusu, Prezident Tramp açıq şəkildə bildirib ki, o ABŞ-ın prezidenti olduğu müddətdə İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək”, - amerikalı diplomat vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər