Yaponiyanın baş naziri Sindzo Abe “Asiya-Avropa” (ASEM) sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşə ümid edir.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə Yaponiya nazirlər kabinetinin baş katibi Yosixide Suqa keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, oktyabrın ortalarında İtaliyanın Milan şəhərində keçiriləcək sammitdə baş nazirlə Putin arasında qeyri-rəsmi ikitərəfli görüş nəzərdə tutulub.
Yanvar ayında Abenin təklifini qəbul edən Putin noyabrda Pekində keçiriləcək Asiya-Sakit Okean iqtisadi əməkdaşlıq sammitində iştirak etməyi və yaponiyalı həmkarı ilə ikitərəfli görüş keçirməyi planlaşdırıb. Yayılan məlumatlarda Rusiyanın Ukraynanın şərqindəki siyasətinə qarşı dünya ölkələrinin tətbiq etdiyi sanksiyalar səbəbilə Putinin Yaponiyaya səfərinin təxirə salınacağı qeyd edilib. Rəsmi Tokio isə sentyabrın 23-də verdiyi açıqlamada belə bir qərarın olmadığını bildirib.
Xatırladaq ki, bu ilin əvvəlindən Yaponiya Rusiyaya qarşı 4 sansksiyalar paketi qəbul edib.
Samir