Tayvan parlamentində müxalifətlə iqtdara yaxın olan deputatlar arasında mübahisə sonradan davaya çevrilib.
Teleqraf.com xəbər verir ki, Demokratik İrəli Partiyasının (DİP) deputatları ilə ana müxalifət Kuomintanq Partiyasının nümayəndələri bir-birinə hücum edib.
Yerli media Kuomintanq Partiyasının nümayəndələrinin Tayvan dövlət başçısı Tsai İnq-Veni köməkçisi olan Çen Çunu hökumətdə yüksək vəzifəyə gətirməsinə qarşı çıxıb. Qarşıdurma da bu səbəbdən yaranıb.
Eyni zamanda Çen Çunun parlamentdə çıxış edərkən Kuomintanq Partiyasının deputatlar tərəfindən etirazla qarşılanıb.