15 İyul 2020 14:30
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belrusda avqustda 9-da keçiriləcək prezident seçkiləri öncəsi indiki dövlət başçısı Aleksandr Lukaşenkonun rəqiblərinin namizədliyinin qeydə alınmaması səbəbindən müxalifət tərəfdarları küçələrə axışıb.

Teleqraf.com xəbər verir ki, polis etirazçılara müdaxilə edib və 220 şəxs saxlanılıb.

Saxlanılanlar arasında yerli və xarici media mənsubları da var. Belarusun Daxili İşlər Nazirliyinin sözçüsü Olqa Çemodanova bildirib ki, ölkə xaricində idarə olunan interner saytlarının xalqı qanunsuz aksiyalara qatılması yönündə istəklərinin qarşısı alınıb:

“Təhlükəsizlik qüvvələri sabitliyi təmin etmək üçün tədbirlər görməkdə davam edəcək. Biz xalqı belə təxribatlara uymamağa dəvət edirik”.

Belarusda indiki dövlət başçısı Aleksandr Lukaşenkonun ən güclü müxalif rəqibi kimi Viktor Babarikonun adı çəkilir. Həmçinin Valeri Tsepkalo da güclü rəqib hesab olunur.


Müəllif: Cavad