16 İyul 2020 12:46
2 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman Bundestaqının hakim Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı fraksiyasından olan deputatı Florian Han Ayasofya ətrafında baş verənlərlə bağlı danışarkən rəsmi Ankaranın hərəkətlərinə siyasi cavab verməyi tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, baş verənlər “ümumavropa mədəniyyətinə qarşı təxribat”, həmçinin, “Türkiyənin Avropadan uzaqlaşmasının davam etməsidir”.

“Biz mütləq bundan nəticə çıxarmalı və Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları başa çatdırmaq üçün cəsarət nümayiş etdirməliyik”, – deyə o bildirib.

Qeyd edək ki, Mustafa Kamal Atatürkün İstanbuldakı Müqəddəs Sofiya kafedralını muzeyə çevirməsindən təxminən 90 il sonra bina yenidən məscidə çevriləcək. Bu qərar xristian dünyasında, xüsusilə Yunanıstanda, Rusiyada və ABŞ-da geniş tənqid edilib. YUNESKO da bununla bağlı narazılıq ifadə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qərara hörmət tələb edərək tənqidçilərə belə cavab verib: “Ayasofyanın istifadə edilməsinin hansı keyfiyyətdə olması Türkiyənin suveren hüququdur”. Bundan əlavə, Ərdoğan məscidə girişin hamı üçün sərbəst olacağını qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər