Ermənistanda müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu Alik Norayroviç Manukyan ölüb.
Qafqazinfo” bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bu gün saat 14:00-da 2000-ci il təvəllüdlü əsgər Alik Manukyan silahla yaralanıb. Hərbçi xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.