20 İyul 2020 11:51
2 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük və zəngin dövlətlər arasında Mars uğrunda rəqabət getdikcə böyüyür. Artıq Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Yaponiya Marsda ortaq fəaliyyətə start verib.

Teleqraf.com xəbər verir ki, Yaponiya və BƏƏ-nin “Hope” (Ümid) adlı peyki bu gecə Marsa göndərilib.

Peyk Yaponiyanın Tenegaşima Kosmik Mərkəzindən gecə saat 01:00-da havaya qaldırılıb. 7 ay Marsda xidmət göstərəcək Ümid peyki oranın atmosferi ilə bağlı məlumatları dünyaya göndərəcək.

Qeyd edək ki, Ümid peykinin Marsa göndərilməsi ötən həftə iki dəfə hava şərtləri səbəbindən təxirə salınıb.
1,3 tonluq Ümid adlı peykin ardınca ABŞ və Mində bu ay peyklərini Marsa göndərəcəyini elan edib.

Vaşinqton və Pekin Marsda kəşf işləri aparacaq peyklərinin hazırlıqlarının tamamlanması astanasında olduğunu qeyd edibər.


Müəllif: Cavad

Oxşar xəbərlər