22 İyul 2020 22:51
6 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Meyisti adası yaxınlığında karbohidrogen axtarışları elan etməsi Yunanıstanda gərginlik yaradıb.

Teleqraf.com xəbər verir ki, rəsmi Ankaranın qərarı açıqlamasından sonra Yunanıstan Baş naziri Kiryakos Miçotakis Cənubi Kiprdə səfərdə olan Silahlı Qüvvələrin baş qərargah rəisi Konstantinos Florosa zəng edərək, təcili ölkəyə qayıtmasını tələb edib.

Baş nazirin bu məqsədlə qərargah rəisinə bir neçə dəfə zəng etdiyi və təkidlə qayıtmasını tələb etdiyi bildirilib.

Miçotakisin eyni zamanda Müdafiə naziri Nikos Panagiotopoulosa da zəng etdiyi qeyd edilib.

Türkiyənin qərarından sonra Yunanıstan Silahlı Qüvvələrinə "həyəcan" komandasının verildiyini yazan "Fileleftheros" qəzeti Afina və Cənubi Kipr arasında "açıq xətt"in tətbiq olunduğunu yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu