23 İyul 2020 10:13
2 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

YPG/PKK terror təşkilatı pul üçün girov götürdüyü bir gənci edam edib.

Teleqraf.com xəbər verir ki, terrorçular Əziz əş-Şəllaş adlı gənci 10 ay əvvəl Rəqqanın Təbaqa qəsəbəsindən oğurlayıb.

YPG-nin 26 yaşlı gənci “terror qruplaşmasına üzv olmaq” ittihamı ilə oğurladığı və Dəyr əz-Zorda yerləşən Kisrə həbsxanasında saxladığı bildirilib.

Şəllaşın sərbəst buraxılması üçün ailəsindən külli miqdarda pul tələb olunduğu, lakin yoxsul valideynlərin istəklərini yerinə yetirə bilmədikdən sonra işgəncə ilə edam edildiyi açıqlanıb.

PKK/YPG terrorçuları Şəllaşın ölümünə dair heç bir məlumat verməsələr də, cəsədini ailəsinə veriblər. Ailəsini rəngsazlıqla dolandıran Şəllaşın Dəyr əz-Zordakı savaşdan xilas olmaq üçün iki ilə əvvəl ailəsi ilə birlikdə Təbaqaya gəldiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər