24 İyul 2020 23:04
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 24 saat ərzində İranda 2 min 489 nəfər koronavirusa yoluxub, 215 nəfər isə həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında bildirib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 286 min 523 nəfərə, ölənlərin sayı isə 15 min 289-a çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 249 min 212 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 min 653 xəstənin vəziyyəti ağır olaraq qalır.

Mətbuat katibi nəzərə çatdırıb ki, əvvəlki kimi İranın Şərqi və Qərbi Azərbaycan, Rəzavi Xorasan, Əlborz, Xuzistan, Fars, Zəncan, Gülüstan, Kirman, Loristan vilayətlərində vəziyyət ağır olaraq qalıb. Bu vilayətlərdə koronavirusa yoluxma və ölüm halları daha çox müşahidə edildiyi üçün qırmızı zonaya daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər