Dünyada yeni növ koronavirusa yoluxanların sayı 16 milyon nəfəri ötüb.
Teleqraf.com-un xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 16 046 986 nəfərə çatıb. Bildirilir ki, koronavirusa yoluxanlardan 644 582 nəfəri vəfat edib.
Qeyd edilir ki, ən çox yoluxma halları ABŞ-da (4 178 021), Braziliyada (2 394 513) və Hindistanda (1 385 635) qeydə alınıb.