Ukrayna prezidenti Petro Poroshenko hüquq-mühafizə orqanlarının oktyabrın 14-də keçiriləcək Ali Radanın iclasını pozmağa yönəlmiş təxribatların qarşısını almalı olduğunu bildirib.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, Ukrayna prezidenti oktyabrın 26-da Ali Radaya açıq, şəffaf və demokratik seçkilərin hazırlanması və keçirilməsinə həsr olunan genişləndirilmiş iclasda bildirib.
Prezident Ali Radanın sədri Turçinov, Baş nazir Yatsenyuk, Mərkəzi Seçki Komissiyasının sədri, təhlükəsizlik orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda parlamentin oktyabrın 14-də keçiriləcək iclasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Belə ki, həmin iclasda bir sıra vacib qanun layihələri - anti-korrupsiya qanunları paketi, antiterror əməliyyatları bölgəsində hərbi qulluqçuların, o cümlədən, vətəndaşların səsvermə hüquqlarının təmin edilməsi və dövlət büdcəsi haqqında qanun layihələrinin qəbul ediləcəyi gözlənilir.
Nihad