27 İyul 2020 12:25
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan ordusu Hindistana aid Pilotsuz Uçuş Aparatını (PUA) Hindistan-Pakistan sərhədini pozduğu üçün vurub.

Teleqraf.com xəbər verir ki, Pakistan ordusu Hindistana aid kəşfiyyat PUA-sının Kəşmirin Pandu bölgəsindən Pakistan dövlət sərhədini 200 metr pozaraq ölkə ərazisinə daxil olduğunu açıqlayıb.

Açıqlamada bununla 2020-ci il ərzində Hindistana aid onuncu PUA-nın sərhədi pozduğuna görə məhv edildiyi vurğulanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər