27 İyul 2020 22:43
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada laboratoriya şəraitində iyulun 27-dək 65 min 656, o cümlədən sutka ərzində 807 nəfərdə COVID-19-a yoluxma faktı təsdiqlənib. Daha çox yoluxma halları Lvov, İvano-Frankovsk, Rovensk vilayətlərində aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə brifinq zamanı Ukraynanın Səhiyyə naziri Maksim Stepanov bəyan edib.

Sutka ərzində 161 nəfərin xəstəxanaya yerləşdirildiyi, 11 xəstənin vəfat etdiyi, 315 nəfərin sağaldığı bildirilib.

Ümumilikdə Ukrayna ərazisində koronavirus pandemiyası dövründə 1616 ölüm hadisəsi qeydə alınıb, 36 min 122 nəfər müalicə olunaraq sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər