Son bir sutka ərzində ABŞ-ın Nyu-York şəhərində 10 nəfər odlu silahla öldürülüb.
Teleqraf.com xəbər verir ki, amerikalı mütəxəssislər odlu silahla qətl statistikasının artdığına dair həyacan təbili çalır və buna səbəb kimi pandemiyanın gətirdiyi işsizliyi, evsizliyi, aclığı göstərirlər.
Nyu-Yorkda silahla öldürmə hadisələri ötən illə müqayisədə 176 fazi artıb. Silahlı qətl hadisələri xüsusilə həftə sonlarında artır. Ötən həftə 47 belə hadisə qeydə alınıb və 14 nəfər öldürülüb, onlarla insan yaralanıb.
Yalnız dünən Nyu-Yorkda 16 yaşlı yeniyetmə daxil olmaqla 7 nəfər silahla qətlə yetirilib.