28 İyul 2020 19:01
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində iki yük qatarı toqquşub.

Teleqraf.com-un məlumatına görə, qəza nəticəsində üç lokomotiv və boş vaqon relslərdən çıxıb, dəmir yolunun bir hissəsinə ciddi ziyan dəyib.

Hadisə nəticəsində qatarlardan birinin maşinisti xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com