28 İyul 2020 20:54
4 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa yoluxub.

Teleqraf.com Ria-Novosti agentliyinə istinadla xəbər verir ki, bu məlumatla Aleksandr Lukaşenko özü çıxış edib.

O, xəstəliyi simtompsuz keçirdiyini bildirib.

Aleksandr Lukaşenko DİN-in daxili qoşunlarının hərbi hissəsində çıxışı zamanı deyib: "Bu gün koronavirusu ayaq üstə keçirməyi bacarmış bir adamla görüşürsünüz. Belə nəticəyə dünən həkimlər gəldilər. Əvvəl də demişdim, bizdə əhalinin 97 faizi bu virusu simtompsuz keçirir. Allaha şükür, mən də simtompsuzlar sırasındayam".


Müəllif: Mahir

Oxşar xəbərlər