29 İyul 2020 12:53
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın iki kütləvi informasiya vasitəsi – “Associated Press” və “The New York Times” Rusiyanı koronavirus pandemiyası barədə dezinformasiya yaymaqda ittiham edən məqalə dərc edib.

Teleqraf.com xəbər verir ki, məqalələrdə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşlarının “InfoRos”, “InfoBrics.org” və “OneWorld.press”saytları vasitəsilə COVID-19 haqqında saxta məlumatlar yaydıqları iddia edilir.

Qeyd olunur ki, may-iyul aylarında sözügedən resurslarda 150-yə yaxın belə məqalə yayımlanıb.

Moskva pandemiya ilə bağlı dezinformasiya ittihamlarını dəfələrlə rədd edib. Rusiya Xarici İşlər Nazirliyi bu açıqlamaları əsassız və yolverilməz adlandırıb.

Rusiyanın ABŞ-dakı səfirliyindən bildiriblər ki, Vaşinqton koronavirus infeksiyası ilə mübarizə aparmaq əvəzinə xarici düşmən tapmaq üçün pul yönəldir.


Müəllif: Səxavət

Oxşar xəbərlər