Pandemiya ilə əlaqadar işçilərini ixtisara salmamaq üçün dövlətdən 13 milyon dollardan çox maliyyə dəstəyi alan sahibkar həmin pulları bahalı avtomobillər, paltarlar, lüks otel və əyləncə mərkəzlərində xərcləyib.
Teleqraf.com əbər verir ki, hadisə ABŞ-ın Florida ştatının Mayami şəhərində qeydə alınıb.
29 yaşlı Devid Haines aprel ayında dövlətdən "Maaş dəstək proqromı" çərçivəsində kredit tələb edib. Sahibkar 70 işçisinin və aylıq xərclərinin 4 milyon dollar civarında olduğunu bildirib. Pandemiya dövründə işçilərin ixtisarının qarşısını almaq tələbi irəli sürən gənc sahibkara dövlət tərəfindən 3 milyon 984 min dollar ödəmə edilib. Lakin Haines bununla kifayətlənməyib və daha çox borc tələb edib. Onun tələblərinə müsbət yanaşılıb və ümumilikdə 13 milyon 542 min dollar kredit əldə edə bilib.
Bundan az sonra onun bank qeydləri səlahiyyətli şəxslərin hərəkətə keçməsinə səbəb olub. Məlum olub ki, gənc sahibkar əldə etdiyi kreditləri əməkdaşlarının aylıq maaşını vermək əvəzinə bahalı daş-qaşlara, paltarlara, otel, əyləncə mərkəzləri və bahalı avtomobillərə xərcləyib.
Haines kredit əldə edən kimi özünə 318 min dollara “Lamborqhini” avtomobili alıb.
Araşdırma zamanı məlum olub ki, gənc sahibkarın aylıq gəlirləri 4 milyon deyil, 200 min dollar civarında olub.
Hazırda David Haines dələduzluq, saxta sənəd hazırlayıb təqdim etməkdə, qanunsuz işlər görməkdə ittiham olunur. Onu 70 ilə qədər həbs gözləyir.